Reklam verin!
wWw.Terapevt.Tk Image Hosted by ImageShack.us

DÜZGÜN YAZ!

Hörmətli oxucular, bu gün Ana dili günüdür və bu gün biz ­– mən və bir neçə bloqçu dostlarım “Düzgün yaz!” aksiyasına başlayırıq. Aksiyamız barədə təklifi ilk dəfə Ramin Həsənəlizadə öz blogundakı yazıda vermişdir. Bu aksiya ilə biz, hamını İnternet məkanında dilimizi düzgün istifadə etməyə çağırırıq.

 

Aksiyaya qoşulan bloqlar aşağıdakılardır:

Hər şey haqqında - hasanalizade.azeriblog.com

Ruzigarım — ruzigarim.azeriblog.com

Oazis (Vahə) — mehin.azeriblog.com

Qaralama - qaralama.com

Vətən hər şeydən üstündür — mayismusayev.azeriblog.com

Marketoblog — marketoblog.blogspot.com

Mürəkkəb dolu qələm — shebnem.azeriblog.com

O yanı taxta, bu yanı taxta.. — blogs.yumroo.az/shebnem

Yurd İnformasiya mərkəzi - west.azeriblog.com

Və təbii ki, mənim bloqum.

 

Aksiyanı dəstəkləyənlərə öz minnətdarlığımı bildirirəm və xatırldıram ki, bizə qoşulmaq hələ də gec deyil.

 

Hörmətli oxucular, bu gündən etibarən, bu bloqda Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir.

Açar sözlər:
Baxış sayı: 87

TALASSEMİYA NƏDİR?

                                                             

saglamaile        Azərbaycanda 1 milyona yaxın

TALASSEMİYA GENİ DAŞIYICISI var.

         Sağlam bir övlada sahib olmaq

                                                            

      üçün ailə qurmaqdan öncə mütləq

                                                                __TALASSEMİYA TESTİNDƏN keçin.

 _______________________________

_______________________________

 _______________________________

TALASSEMİYA irsi keçən qanazlığı xəstəliyidir. Ana və ata hər ikisi TALASSEMİYA daşıyıcılarıdırlarsa, onların dünyaya gətirdikləri körpə ağır formalı TALASSEMİYA xəstəsi ola bilər.

Qeyd etmək lazımdır ki, valideynlərin hər ikisi daşıyıcı olduqları təqdirdə ananın hər hamiləliyi zamanı xəstə uşaq dünyaya gətirmək riski 25%-ə bərabər olur.

Talassemiyaya tutulmuş uşaq solğun halsız və iştahasız olur. Müalicə olunmadığı təqdirdə bədəndə inkişaf zəif gedir, qaraciyər və dalağın böyüməsi ilə qarın şişir və üz sümüklərində dəyişiklik yaranır.

Müalicəsi olduqca çətin və bahalı olan TALASSEMİYA xəstəliyində hər xəstə həyat boyu 3-4 həftə ərzində 1-2 dəfə qan almaq məcburiyyətindədir. Qanköçürmənin nəticəsi olaraq bədəndə dəmir çoxalır. Bədəndə dəmirin çoxalması qaraciyər, ürək və böyrəklərə təsir etməklə digər orqanların dağılmasına səbəb olur. Buna görə də orqanizmdə yığılan artıq dəmiri mütəmadi olaraq xaric etmək vacibdir.

Lakin onu da qeyd etmək lazımdır ki, TALASSEMİYA xəstəliyinə tutulmuş uşaq əgər düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilməyəcəkdir.

Sadəcə bizim onlara diqqətimiz və qayğımız lazımdır.

Bu cür irsi xəstəliklərdə ən effektli vasitə xəstə uşağın doğulmasının qarşısını almaqdır.

BƏS NECƏ?

Davamı...

Açar sözlər: talassemiya 
Baxış sayı: 414

Arterial hipertenziya. Simptomatik hipertoniya (ikincili hipertoniya)

tonometr 

Arterial hipertenziya

Arterial hipertenziya-  arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir.

Yalnız sistololik AT-in yuxarı qalxması, diastolik AT-in isə normal qalması halları (sistolik AT >160mm.c.s.,diastolik AT <90 mm.c.s.) yaşlı şəxslərdə damar divarının boşalması nəticəsində əmələ gələ bilər.

Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır.

İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.

Simptomatik hipertoniya (ikincili hipertoniya)

Simptomatik hipertoniyaya aiddir:

  1. Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s.
  2. Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s.
  3. Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s.
Davamı...

Açar sözlər:
Baxış sayı: 538

Dişlərin kariyesi ( caries dentis) - davamı

KARİESS
 

Həkim-stomatoloq ELXAN DƏNİZ 

Kariyesin təsnifatı: Kariyesin 4 mərhələsi vardır: başlanğıc ( ləkə mərhələsi ), səthi, orta və dərin kariyes

Klinika: Başlanğıc kariyes ağ və ya piqmentləşmiş ləkə mərhələsində, adətən, simptomsuz gedir, yəni xəstə heç bir narahatlıq hissi keçirmir. Mina adi parlaqlığını itirir, tutqun sonra isə ağ ( tabaşirəbənzər ) ləkə əmələ gəlir. Sonralar ləkə itə bilir ( reminerallaşma ), lakin çox vaxt piqmentləşmə başlayır və ləkə qəhvəyi yaxud qara rəng alır. Ağ və piqmentləşmiş ləkələr zamanı ağrı hissi olmur, zədələnmiş mina sahələri müayinə və zondlama zamanı aşkara çıxarılır. Ağ ləkənin səciyyəvi xüsusiyyəti odur ki, hipoplaziyadan, flüorozdan fərqli olaraq, dişə metilen abısının 2-3 %-li sulu məhlulunu sürtdükdə ağ ləkə rənglənir.

Davamı...

Açar sözlər:
Baxış sayı: 182

Dişlərin kariyesi ( caries dentis)

karies
__________
                                                       Həkim-stomatoloq ELXAN DƏNİZ

Dişlərin kariyesi ( caries dentis) – dişlərin çıxmasından sonra yaranan, dişlərin deminerallaşması və dişin sərt toxumalarının yumşalması, dağılması bununla da boşluğun yaranması ilə təzahür edən patoloji prosesdir.

Dişlərin kariyesi çox qədim xəstəlikdir. Ədəbiyyatda eramızdan 3000-2500 il əvvəl kariyes xəstəliyinə aid məlumatlara təsadüf edilir. IX-XII əsrlərdə tapılmış kəllələrin tədqiqatına əsasən dişin dağılması olan şəxslər 3,3 %-i keçmirdi. Kariyes qədimdən zamanlardan məlum olsa da son 50-80 il ərzində kariyesin bütün yer kürəsində yayılması kəskin surətdə artıb. Bunu da qidalanma tərzinin dəyişməsi, daha dəqiq karbohidratların miqdarının artması ilə əlaqələndirirlər. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) məlumatına əsasən, qəbul olunan şəkərin miqdarı keşən əsrin sonlarından təxminən 10 dəfə artıb.

Dişlərin kariyeslə xəstələnməsi oraqnizmin ümumi vəziyyətindən də asılıdır. Xroniki xəstəliklər nəticəsində zəifləmiş şəxslərin dişləri kariyeslə daha çox zədələnir. Belə ki, tez-tez xəstələnən, böyümə və inkişafı ləngiyən uşaqların dişləri kariyeslə daha çox zədələnir. Revmatizm, vərəm, endokrin vəziləri fəaliyyətinin pozulması kimi xəstəliklər də kariyes üçün yaxşı şərait yaradır. Kariyesin başlanmasında ağız boşluğunun vəziyyəti: dişləmin növü, dişlərin yerləşməsi, gigiyenik vəziyyəti, ağız suyu ifrazının xarakteri və s. mühüm rol oynayır.

Bakteriologiya inkişaf etdikcə dişlərin kariyesinin yaranmasında bakteriyaların rolu haqqında fikirlər meydana çıxdı. Kariyesin Leptotrix buccalis mikrobu tərəfindən törədildiyi fikri söyləndi və təsdiqini də tapdı. Belə ki, mikroorqanizmlərsiz, həmçinin karbohidratlarsız kariyes olmur.

Kariyesin etiologiyası(səbəbi) barədə bir neçə nəzəriyyələr mövcuddur.

Davamı...

Açar sözlər:
Baxış sayı: 212


  Yazılar cəmi: 35    Sonrakı səhifə »